
Şamaxı rayonunda zəlzələ baş verib.
Qanuntv.az xəbər verir ki, bu barədə sakinlər “Qafqazinfo”ya məlumat veriblər. Bildirilib ki, yeraltı təkanlar rayonun bir sıra ərazilərində hiss olunub.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:55-də qeydə alınan zəlzələnin maqnitudası 3,8 olub. Yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə yerləşib.





