
Bakının Qaradağ rayonunda qanunsuz məscid tikintisi faktı aşkarlanıb. Hadisə Ələt qəsəbəsində baş verib.
Məlumata görə, sələfi dini təriqətinə mənsub bir qrup şəxs adıçəkilən yaşayış məntəqəsində məscid tikintisi aparıb. Hazırda faktla bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.





