
ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri Şahbaz Şərifi Qəzza zolağı üzrə beynəlxalq “Sülh Şurası”na dəvət edib. Dəvət sülh prosesində Pakistanın daha fəal rol almasını təmin etmək və Qəzza üçün beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, Baş nazir rəsmi dəvəti alıb və üzvlük məsələsini nəzərdən keçirir. Tramp administrasiyası digər regional liderləri də bu şuraya dəvət edib.
Qeyd olunur ki, təşəbbüs bəzi beynəlxalq və regional aktorlar tərəfindən tənqid olunub, lakin ABŞ planın Qəzza zolağında sülh və yenidənqurma prosesini gücləndirəcəyini bildirir.





