
Bu gün “Fənərbağça” klubunun Ali Şurasının iclası keçirilib. Görüş klub tarixində xüsusi yer tutub.
“Fənərbağça”nın vitse-prezidenti Murat Salar bildirib ki, Ali Koç klubun ona ödəməli olduğu bütün ödənişləri bağışlayıb. Bu jest futbol ictimaiyyətində geniş rezonans doğurub və Ali Koçun klub üçün etdiyi xidmətlərin göstəricisi kimi qiymətləndirilir.





