
2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən üç il keçir.
QanunTV.az xəbər verir ki, həmin gün qeydə alınan 7.7 və 7.6 bal gücündəki güclü yeraltı təkanlar Türkiyənin bir sıra bölgələrində böyük fəlakətə səbəb olub.
Zəlzələlər Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbakır və Şanlıurfa ərazilərini əhatə edib. Nəticədə şəhər və qəsəbələrdə minlərlə bina dağılıb, genişmiqyaslı dağıntılar qeydə alınıb.
Rəsmi məlumatlara görə, faciə nəticəsində 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan başqa, zəlzələ zamanı 38 min 901 bina tamamilə dağılıb.





