
Beynəlxalq klub turnirlərində qırmızı vərəqə sayı üzrə yeni rekord qeydə alınıb.
Peru millisinin və “Alianza Lima” klubunun müdafiəçisi Karlos Zambrano 2025-ci ildə beynəlxalq arenada ən çox qırmızı vərəqə alan futbolçu olub.
36 yaşlı futbolçu Libertadores Kuboku və Cənubi Amerika Kuboku çərçivəsində keçirdiyi cəmi 6 oyunda 4 dəfə meydandan qovulub.
Bu göstərici ilə Zambrano, 2024-cü ildə UEFA Avropa Liqasında 3 qırmızı vərəqə alaraq diqqət çəkən “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin rekordunu geridə qoyub.
Beləliklə, beynəlxalq turnirlər tarixində ən çox qırmızı vərəqə alan futbolçu rekordu artıq Peru müdafiəçisinə məxsusdur.





