
İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi BBC telekanalına müsahibəsində bildirib ki, ABŞ sanksiyaların qaldırılmasını müzakirə etməyə hazır olarsa, Tehran Vaşinqtonla nüvə sazişinə nail olmaq üçün müəyyən güzəştləri nəzərdən keçirməyə hazırdır.
O, İranın uranın zənginləşdirilmə səviyyəsini 60 faizə endirmək təklifini kompromisə açıq olduğunun göstəricisi kimi təqdim edib. Nazir müavini qeyd edib ki, bu addım Tehranın razılaşmaya doğru irəliləmək niyyətini ortaya qoyur.
Təxt-Rəvançi vurğulayıb ki, hazırda qərar ABŞ-dən asılıdır: “İndi top Amerikanın meydanındadır və razılığa gəlmək istədiklərini sübut etmək onlardan asılıdır”.
O əlavə edib ki, əgər ABŞ tərəfi səmimi yanaşma nümayiş etdirərsə və sanksiyaların müzakirəsinə hazır olarsa, Tehran həm bu məsələni, həm də nüvə proqramı ilə bağlı digər mövzuları müzakirə etməyə açıqdır.





