
Lənkəran rayonunun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi nəticəsində yolun asfalt örtüyü çöküb. Hadisə son günlər yağan intensiv yağışlarla əlaqədar baş verib.
Nəticədə yolun hərəkəti çətinləşib və nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. Rəsmi qurumlar vəziyyətin aradan qaldırılması və yolun təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görür.





