
Qanuntv.az xəbər verir ki, fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru isə yağıntının intensivləşəcəyi ehtimal edilir. Şimal-şərq küləyi gündüz bəzi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, qar yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti, dağlıq ərazilərdə isə gecə 3-8° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək.




