
Qanun TV az xəbər verir ki, 43 yaşlı həkim Gülnarə Əkbərova keçirdiyi cərrahi müdaxilədən sonra dünyasını dəyişib.
Məlumata görə, onun əməliyyatdan sonra vəziyyəti ağırlaşıb. Həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Gülnarə Əkbərova uzun illər tibb sahəsində fəaliyyət göstərib və həkim-neonatoloq kimi çalışıb.





