
Şamaxı rayonunda 5 bal gücündə zəlzələ baş verib.
Qanuntv.az xəbər verir ki, bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkanlar episentrdə 5 bala yaxın olub. Zəlzələ ətraf rayonlarda isə 3-4 bala qədər hiss edilib.
Hazırda dağıntı və xəsarət alanlarla bağlı rəsmi məlumat verilməyib.






