
İsrail İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhərində yerləşən “İsmət” Qızlar Məktəbinə zərbələr endirib.
Hadisə ilə bağlı ilkin məlumatlara görə, hücum nəticəsində təhsil müəssisəsinə ziyan dəyib.
İtkilər barədə isə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Urmiya şəhəri İranın Qərbi Azərbaycan ostanının inzibati mərkəzidir. Hadisənin detalları ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.






