
Sumqayıtda faciəli hadisə baş verib. Yevlax rayon sakini, 49 yaşlı İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 31 yaşlı Mehriban Ağabalazadəyə, bıçaqla xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə sonrası polis əməkdaşları qaçan İ.Ramazanovu tutaraq istintaqa təhvil veriblər. Faktla bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir.





