
ABŞ Prezidenti Donald Trump Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada İran ilə mümkün atəşkəs ehtimalını istisna edib.
CNN telekanalına istinadən verilən məlumata görə, Tramp dialoq imkanını tam inkar etməsə də, atəşkəsə qarşı olduğunu açıq şəkildə ifadə edib.
“Dialoq apara bilərik, amma mən atəşkəs istəmirəm. Digər tərəfi faktiki olaraq məhv etdiyin halda atəşkəsə getmək olmaz”, – deyə o bildirib.
Qeyd edək ki, bu açıqlama ABŞ-İran münasibətlərində gərginliyin daha da artacağına dair ehtimalları gücləndirir.





