
Lənkəran şəhəri istiqamətində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar olub.
Belə ki, hərəkətdə olan “Audi Q7” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Zərbənin təsirindən avtomobil daha sonra suötürücü kanala aşıb.
Qəza nəticəsində avtomobildə olan 6 nəfər – yaxın qohumlar: 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü R. Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 2014-cü il təvəllüdlü F. Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanası təcili tibbi yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.





