
Lənkəranın Nərimanabad qəsəbəsində 4 yaşlı A.Makarova avtomobil tərəfindən vurulub. Hadisə zamanı qəsəbə sakini idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olub.
Sürücü dərhal uşağı Lənkəran Rayon Xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb. Həkimlərin diaqnozuna görə, A.Makarovada travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nahiyəsinin açıq yarası və hematoma aşkarlanıb. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, hadisədən əvvəl uşağın anası evdə olmayıb. Qonşu, uşağı parkda gəzdirmək üçün anası ilə əlaqə saxlayaraq razılıq alıb və onu evdən götürüb gəzintiyə aparıb.
Faktla bağlı araşdırma aparılır.





