
Bakıda müşahidə olunan güclü yağıntı nəticəsində yağıntının miqdarı 133 mm-ə çatıb. Bu göstərici aylıq normanın 564 faizini təşkil edir.
Məlumat Milli Hidrometeorologiya Xidməti tərəfindən açıqlanıb.
Bildirilib ki, qeydə alınan intensiv yağıntı paytaxt və ətraf ərazilərdə bir sıra fəsadlara səbəb olub. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlamaq üçün müvafiq tədbirlər görür.
Hazırda hava şəraiti ilə bağlı monitorinqlər davam etdirilir və əhaliyə ehtiyatlı olmaq tövsiyə olunur.





