
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “A-10 Thunderbolt II” hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ-ın iki məmuruna istinadən məlumat yayıb.
Məlumata görə, pilot təyyarədən vaxtında katapult edib və axtarış-xilasetmə əməliyyatı nəticəsində sağ-salamat tapılaraq bazaya təxliyə olunub.
Qəzanın səbəbi hələ açıqlanmayıb və hadisə ilə bağlı araşdırmalar davam edir.





