
Qanuntv.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışıqlarına əsasən, qonşu və dost İran xalqının ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.
Məlumata görə, yardıma ümumi həcmi 200 ton olan müxtəlif ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir:
190 ton – ərzaq və qida məhsulları
7 ton – dərman vasitələri
3 ton – tibbi ləvazimatlar
Humanitar yardım 10 yük avtomobili vasitəsilə İrana çatdırılacaq.
Bu addım, Azərbaycan-İran əlaqələrində humanitar əməkdaşlığın davamlılığını və ölkələr arasında dostluq münasibətlərini gücləndirir.




