
İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qoşun Qərargahının komandanı, general-leytenant Əli Abdullahi ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Tehranın ABŞ və İsrailə sərt cavab verməyə hazır olduğunu bəyan edib.
Qanuntv.az xəbər verir ki, bu açıqlama IRNA agentliyi vasitəsilə yayımlanıb. Abdullahi bildirib ki, münaqişənin əvvəlindən İran tərəfi verdiyi bütün vədləri yerinə yetirib və ABŞ-ın və İsrailin ünvanına mesaj olaraq “cəhənnəm qapılarının açılacağı” barədə xəbərdarlıq göndərilib.
“Bu müharibənin başlanğıcından bəri vəd etdiyimiz hər şeyi icra etmişik və budur bizim sadə mesajımız: cəhənnəm qapıları sizin üçün açılacaq”, – deyə o vurğulayıb.
General əlavə edib ki, İranın enerji infrastrukturu obyektlərinə hər hansı zərbə İslam Respublikası tərəfindən sərt cavab tədbirlərinə səbəb olacaq. Belə bir halda isə ABŞ və İsrailin regiondakı bütün obyektləri hədəfə alınacaq.





