
Qanuntv.az xəbər verir ki, Daşkəsən rayonunda qayalıq ərazidə 1 nəfərin meyiti aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti qayalıq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.





