
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir qadın sərnişin ölüb.
Qanuntv.az xəbər verir ki, hadisə zamanı Opel markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində avtomobildə olan qadın sərnişin ağır xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılsa da, göstərilən tibbi yardımlara baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Salyan ərazisində qeydə alınıb. Qəzanın başvermə səbəbləri hazırda araşdırılır.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





