SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Nihad Məmmədov stolüstü tennisdə “Ginnes Rekordlar Kitabı”na düşdü
Gündəm / İdman

Nihad Məmmədov stolüstü tennisdə “Ginnes Rekordlar Kitabı”na düşdü

13-04-2026, 10:51 64
Nihad Məmmədov stolüstü tennisdə “Ginnes Rekordlar Kitabı”na düşdü

Seçmə komandamızın üzvü yeni dünya rekorduna imza atdı.

Stolüstü tennis üzrə Azərbaycan milli komandasının üzvü Nihad Məmmədov “Ginnesin Rekordlar Kitabı”na düşüb.

İdmançı Şüa İdman Kompleksində keçirilən sınaq zamanı şarı uzaq məsafədən oyuna daxil etməklə yeni dünya rekordu müəyyən edib.

Belə ki, o, 16.70 metr məsafə ilə türkiyəli Osman Gürcüyə məxsus olan əvvəlki rekordu yeniləyib. Nihad Məmmədov isə şarı 17 metr məsafədən uğurla oyuna daxil etməyi bacarıb.

Qeyd edək ki, bu nəticə rəsmi olaraq “Ginnesin Rekordlar Kitabı” tərəfindən qeydə alınıb və stolüstü tennis tarixində yeni göstərici kimi qəbul edilib.

Oxşar xəbərlər