
Ekvadorda həvəskar komandalar arasında keçirilən futbol oyunu zamanı faciəvi hadisə baş verib.
Məlumata görə, Javier Ortega matç gedərkən silahlı şəxslərin hücumuna məruz qalıb. Bir neçə naməlum şəxs oyunun gedişində meydana yaxınlaşaraq hakimə atəş açıb.
Ağır yaralanan Ortega hadisə yerində həyatını itirib. Hücumdan sonra silahlı şəxslər qaçaraq ərazidən uzaqlaşıblar.
Hadisədən sonra oyun dərhal dayandırılıb, futbolçular və azarkeşlər stadionu tərk ediblər. Yerli təşkilatçılar isə istintaq yekunlaşana qədər bütün həvəskar turnirlərin dayandırıldığını açıqlayıblar.





