
Belə ki, şəhər ərazisində fəaliyyət göstərən dəmir sexlərindən birinə naməlum şəxs və ya şəxslər daxil olaraq orada olan elektrik mühərriklərinin mis sarğılarını oğurlayıblar. Ümumi dəyəri 2000 manat olan maddi ziyanla bağlı polisə məlumat verilib.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Murad Hüseynov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs oğurladığı mis sarğıları “metallom” kimi satıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.





