
Qanuntv.az-ın əldə etdiyi məlumata görə, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Elçin Fazil oğlu Qasımovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə 1993-cü il təvəllüdlü Gündüz İsmixan oğlu Süleymanovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü Gündüz Süleymanov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər – 2006-cı il təvəllüdlü A. Səlimova və 1973-cü il təvəllüdlü Yalçın Yadulla oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.





