
Ali Məhkəmədə ATV telekanalının aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
Qanuntv.az xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib və aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qərara əsasən, aparıcıya bəraət verilməsi ilə bağlı hökm dəyişdirilməyib.
Qeyd edək ki, Zaur Baxşəliyev Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham olunmuşdu.





