
Rusiya hökuməti MDB ölkələrindən və Gürcüstandan olan peşəkar sürücülərin ölkə ərazisində müvəqqəti qalma müddətini 180 günədək artırıb.
Qanuntv.az xəbər verir ki, müvafiq qərar rəsmi hüquqi məlumat portalında dərc olunub.
Sənədə əsasən, Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərinin, eləcə də Gürcüstanın beynəlxalq avtomobil daşımalarını həyata keçirən peşəkar sürücüləri vizasız qaydada Rusiyaya daxil olduqları halda bir təqvim ili ərzində ümumilikdə 180 günədək ölkədə qala biləcəklər.
Qeyd olunur ki, bu imkan yalnız müəyyən edilmiş qaydada Rusiyaya giriş və ölkədə qalmaq üçün ərizə təqdim olunduğu halda tətbiq ediləcək.
Yeni qayda 30 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək.





