
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol” parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı sənədin hüquqi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Sonda layihə səsverməyə çıxarılaraq bir oxunuşda təsdiqlənib.





