
Müdafiə Nazirliyinin “İstirahət evi”nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi, mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb.
Məlumata görə, hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək İlham Haqverdiyevə cərimə cəzası verilib və o, məhkəmə zalından sərbəst buraxılıb.
Qeyd edək ki, o, 2025-ci ilin oktyabr ayında həbs olunmuşdu və Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) üzrə ittiham edilirdi.





