
Gəncə şəhərində zavodda baş verən yanğın tam söndürülüb.
Qanuntv.az xəbər verir ki, hadisə Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda qeydə alınıb. İlkin məlumata görə, yanğınla bağlı çağırış saat 04:38-də daxil olub.
Məlumatı açıqlayan Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəis müavini Cavidan Avşarov bildirib ki, hadisə yerinə ümumilikdə 10 texnika və 60 nəfər canlı qüvvə cəlb olunub. Yanğın təxminən 1500 kvadratmetr ərazini əhatə edib.
Onun sözlərinə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarətə götürülərək söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, həmçinin zavodun 500 kvadratmetrlik anbar hissəsi yanğından mühafizə edilib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən məlumata əsasən, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.





