
Bakı şəhərində yerləşən xəstəxanalardan birində faciəvi hadisə baş verib.
Hadisə Yasamal rayonu ərazisində yerləşən tibb müəssisəsində qeydə alınıb. Sabirabad rayon sakini olan 1 aylıq Miran Təhməzov həmin xəstəxanada həyatını itirib.
Məlumata görə, körpənin oksigen çatışmazlığı səbəbindən vəfat etdiyi bildirilir. Lakin bu məlumat rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





