
Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda tələbə qızların yataqxanasında qalan 77 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, tələbələrdə qarın ağrısı, ürəkbulanma və halsızlıq əlamətləri müşahidə olunub. Hadisədən sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib və tələbələr xəstəxanalara aparılıb.
Xəstəxanaya yerləşdirilənlərdən 35 nəfərin vəziyyəti stabil olduğu üçün ambulator müalicədən sonra evə buraxıldığı bildirilib. Digər tələbələrin müalicəsi isə davam etdirilir.
İlkin ehtimala görə, zəhərlənməyə yataqxanada verilən qidanın səbəb olduğu düşünülür. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





