
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, Şəfəq Fərman qızı Məmmədovanın idarə etdiyi "Mazda" markalı avtomobil Cavadxan küçəsi 23 ünvanı yaxınlığında hərəkətdə olarkən piyada Arzu Əhməd qızı Əliyevanı vurub.
Nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində vəfat edib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.





