
Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, rayon ərazisində yerləşən kafelərdən birində baş verən mübahisə zamanı 1998-ci il təvəllüdlü Fərid Həsənov bıçaq xəsarəti alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Fərid Həsənovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı Sərxan Tağıyev saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.





