
Masallı rayonunda ağır cinayət hadisəsi baş verib.
Hadisə iyunun 11-i saat 05:00 radələrində Şıxlar kəndində qeydə alınıb.
Məlumata görə, naməlum şəxs kənd sakini, 1957-ci il təvəllüdlü Elmira Əmənovanın yaşadığı evə daxil olaraq onu balta ilə qətlə yetirib.
Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qanuntv.az





