
Qusar rayonu ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan azyaşlı polis əməkdaşının çevik və operativ müdaxiləsi nəticəsində xilas edilib.
Qanuntv.az xəbər verir ki, hadisə zamanı ərazidə olan Qusar Rayon Polis Şöbəsinin əməkdaşı uşağı sudan çıxararaq onun həyatını təhlükədən qurtarıb.
Məlumata görə, azyaşlını xilas etmək üçün özünü suya atan 65 yaşlı babası Şamil Muradov isə güclü su axınının təsiri ilə boğularaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.




