
Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda 4.6 bal gücündə zəlzələ qeydə alınıb.
Qanuntv.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:08-də baş verib. Zəlzələnin episentrinin Nurdağı rayonu olduğu, ocağının isə 7.01 kilometr dərinlikdə yerləşdiyi bildirilib.
Təkanlar təkcə Qaziantepdə deyil, eyni zamanda Kahramanmaraş, Kilis, Osmaniye və Hatay vilayətlərində də hiss olunub.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.





