
Bakının Maştağa qəsəbəsində bədbəxt hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə iyunun 16-sı saat 17 radələrində qeydə alınıb.
Qəsəbə sakini, 62 yaşlı Fərrux Əhməd oğlu Cavadov yaşadığı evdə elektrik naqilini təmir edərkən onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində həyatını itirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





