
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda dəm qazından zəhərlənərək həyatını itirən şəxsin hərbçi olduğu məlum olub.
Qanuntv.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, bədbəxt hadisə nəticəsində vəfat edən Səməndər Tağıyev hərbi xidmətdə olub.
Qeyd edək ki, hadisə Culfa rayonunda baş verib. İlkin məlumata əsasən, rayon sakini Səməndər Tağıyev yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.





