
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüş keçirib.
Qanuntv.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Tərəflər ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşün sonunda qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.











