SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun meyiti tapılıb
Gündəm / Hadisə

Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun meyiti tapılıb

25-06-2026, 14:53 46
Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun meyiti tapılıb



İyunun 22-də Xəzər rayonu, Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun da meyiti tapılaraq sudan çıxarılıb.

Məlumata görə, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə günü 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun, 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun və onun qardaşı, 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyitləri sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər