
Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru, Həştərxan Vilayəti Hökumətinin sədri Denis Afanasyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 25-də Fəxri xiyabanı ziyarət edib.
Nümayəndə heyəti əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.
Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri anılıb, məzarları üzərinə güllər qoyulub.
Həştərxan nümayəndə heyəti Fəxri xiyabanda Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin məzarını da ziyarət edərək önünə tər güllər düzüb.











