
Sumqayıt şəhərində dərman zəhərlənməsi nəticəsində ölüm hadisəsi qeydə alınıb.
Hadisə şəhərin 18-ci məhəlləsində baş verib. Məlumata görə, 1978-ci il təvəllüdlü Aslan Mustafa oğlu Əhmədov yaşadığı evdə dərman qəbul etdikdən sonra halı pisləşib.
O, zəhərlənmə diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstə reanimasiya şöbəsinə yerləşdirilərək həkim nəzarətinə götürülsə də, göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.





