
Ağdam rayonunda su anbarında batan bir ailənin üç üzvünün kimliyi məlum olub.
Qanuntv.az xəbər verir ki, hadisə nəticəsində rayonun Cinli kənd sakini, 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli su anbarında batıblar.
Hazırda hadisə yerində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Batan şəxslərin tapılması istiqamətində əməliyyatlar aparılır.
Faktla bağlı araşdırma aparılır.





