
Naxçıvanın Şərur rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan şəxslərin kimliyi müəyyənləşib.
Qanuntv.az xəbər verir ki, qəza rayonun Püsyan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-2107 və "NAZ-Lifan" markalı avtomobillərin toqquşması nəticəsində bir ailənin üç üzvü – Nəvai Həsənov, Tamara Həsənova və Alparslan Həsənov həyatını itirib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə qəzada həyatını itirən şəxslərin fotoları da yayılıb.





