
Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batan şəxsin meyiti sudan çıxarılıb.
Məlumata görə, hadisə iyulun 7-də nəzarətsiz çimərlik ərazisində baş verib. 1998-ci il təvəllüdlü Adıgözəl Ehtibar oğlu Mustafayev dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.





