
Azərbaycan çempionu "Qarabağ" daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.
Qanuntv.az xəbər verir ki, İdmanxeber.az-ın yaydığı məlumata görə, Ağdam təmsilçisi təcrübəli qapıçı Şahruddin Məhəmmədəliyevlə yollarını ayıracaq.
Bildirilir ki, Azərbaycan millisinin üzvünün klubdan ayrılması yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq. 32 yaşlı qolkiperin "köhlən atlar"la müqaviləsinin müddəti ötən ay başa çatıb.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev ötən mövsüm "Qarabağ"ın heyətində cəmi 6 oyunda meydana çıxıb.
Xatırladaq ki, təcrübəli qapıçı uzun illər "Qarabağ"ın uğurlarında mühüm rol oynayıb, komandanın həm ölkə çempionatında, həm də avrokuboklardakı uğurlu çıxışlarında etibarlı oyunu ilə diqqət çəkib.
Qanuntv.az





