
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ağac budaqlarının avtomobillərin üzərinə düşməsi nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.
Qanuntv.az xəbər verir ki, hadisə Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.
Sakinlərin sözlərinə görə, ərazidəki ağaclara vaxtında qulluq göstərilmədiyi üçün onların budaqları quruyur və qırılaraq təhlükə yaradır.
Şikayətçilər bildiriblər ki, bu cür hadisələr ilk dəfə deyil. Onların sözlərinə görə, bu gün də qurumuş budaqlar qırılaraq park edilmiş avtomobillərin üzərinə düşüb və maşınlara ciddi ziyan vurub.
Sakinlər həmçinin qeyd ediblər ki, dəyən zərər sığorta tərəfindən ödənilmir, eyni zamanda hadisəyə görə heç bir qurum məsuliyyəti üzərinə götürmür.
Vətəndaşlar aidiyyəti qurumlardan ağaclara mütəmadi qulluq göstərilməsini və oxşar hadisələrin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini tələb edirlər.





