
Somali sahillərində Tanzaniya bayrağı altında üzən tanker dəniz quldurlarının hücumuna məruz qalıb.
Qanuntv.az xəbər verir ki, bu barədə EFE agentliyi Yəmən hökumətinə istinadən məlumat yayıb.
Bildirilib ki, tanker Pakistanın Kəraçi limanından Somalinin Bosaso şəhərinə doğru hərəkət edərkən ələ keçirilib. Hadisənin Yəmənin cənub-şərq sahillərindən təxminən 26 dəniz mili məsafədə baş verdiyi qeyd olunub.
Tankerin sonrakı marşrutu və ekipajın vəziyyəti ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.
Məlumata görə, Yəmən hökuməti hadisə ilə əlaqədar beynəlxalq tərəfdaşlarla birgə cavab tədbirlərinin hazırlanması istiqamətində fəaliyyətini davam etdirir.





